ADNSU SABAH.city-də yeni institut və laboratoriyalar yaradacaq

ADNSU SABAH.city-də yeni institut və laboratoriyalar yaradacaq
Kateqoriya məlum deyil
T

Növbəti tədris ilindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH.city innovasiya şəhərciyində 1 institut və 6 tədqiqat və sənaye xidmətləri laboratoriyasının fəaliyyət göstərməsi nəzərdə tutulur.

Sfera.az xəbər verir ki, yeni məkanda Süni İntellekt İnstitutu ilə yanaşı, Hesablama Kimyası, Kemoinformatika, Prototip Dizayn, Kompüter Görməsi, Ekoloji Monitorinq və Biotexnologiya laboratoriyalarının fəaliyyət göstərməsi planlaşdırılır.

Süni İntellekt İnstitutunda kompüter görməsi və robototexnika, təbii dilin emalı, təhlükəsiz və etibarlı süni intellekt, eləcə də ümumi maşın öyrənməsi istiqamətləri üzrə tədqiqatların aparılması nəzərdə tutulur.

SABAH.city-də tədqiqat qrupları və gənc tədqiqatçılar üçün iş və ofis otaqları, həmçinin müasir tədris və seminar otaqları yaradılacaq.

Layihənin əsas məqsədi tələbə və gənc tədqiqatçılar üçün müasir elmi mühit formalaşdırmaq, tədqiqat və innovasiya imkanlarını genişləndirmək, elmi nəticələrin sənaye tətbiqinə keçidini gücləndirməkdir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR