Türkiyədə mədən uçdu: Ölən var

Türkiyədə mədən uçdu: Ölən var
Kateqoriya məlum deyil
T

Ankara vilayətinin Nallıhan rayonundakı mədəndə hələlik müəyyən edilməmiş səbəbdən uçqun baş verib.

Sfera.az xəbər verir ki, hadisə zamanı bir işçi həlak olub, çoxlu sayda yaralı var.

Verilən məlumata görə, əraziyə dərhal çoxlu sayda AFAD, tibb, yanğınsöndürmə və jandarma qrupları cəlb olunub.

Hadisə nəticəsində 1 fəhlə həyatını itirib, çoxlu sayda işçi isə yaralanıb. Yaralı fəhlələr ilkin tibbi yardımdan sonra xəstəxanalara çatdırılıb.

Xilasedicilər ərazidə axtarış-xəbərdarlıq və xilasetmə işlərini davam etdirərkən, hadisə ilə bağlı araşdırma başladılıb. Mövzu ilə bağlı hələlik rəsmi açıqlama verilməyib./bizimmedia

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR