Logo

"Uzun illərdir işləyirik, indi isə diplomlarımızın saxta olduğunu deyirlər" - VİDEO

"Uzun illərdir işləyirik, indi isə diplomlarımızın saxta olduğunu deyirlər" - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Neftçalada 50-ə yaxın müəllimə diplomlarının dövlət nümunəli olmadığı bildirilib. Bu səbəbdən onlar diaqnostik qiymətləndirmə imtahanına buraxılmayıblar. Hələ bu azmış kimi, növbəti tədris ilindən işdən azad olunacaqlarına dair xəbərdarlıq da alıblar.

Neftçala rayonunda 20 ildən çoxdur pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin diplomları etibarsız çıxıb.

Bu barədə onlara Təhsil Nazirliyindən məlumat verilib. Müəllimlərin hamısı 1991-ci ildə rayonda fəaliyyətə başlamış, əvvəlki adı Neftçala Qızlar Gimnaziyası olmuş, sonradan isə adı Gəncə Təsərrüfat Məişət Kollecinin filialı kimi dəyişdirilmiş təhsil müəssisəsinin məzunlarıdır.

Müəllimlərin sözlərinə görə, onlar kollecə daxili imtahan hesabına qəbul olaraq əyani formada ödənişli əsaslarla təhsil alıblar və indiyə kimi müxtəlif orta məktəblərdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstəriblər. Lakin ötən ilin dekabr ayında adıçəkilən kollecin 50-ə yaxın məzunu müəllimlərin diaqnostik qiymətləndirilmə imtahanına buraxılmayıblar.

Daha sonra isə onlara bildirilib ki, növbəti tədris ilindən diplomları etibarsız hesab olunduğu üçün işdən azad olunacaqlar. Neftçala rayon Təhsil Şöbəsinin rəsmisi Seymur Quliyevin sölərinə görə, hazırda məsələnin hüquqi müstəvidə araşdırılmasına başlanıb.

Kollec məzunlarının diplomlarının etibarlı olub-olmadığı isə məhkəmənin verəcəyi qərardan sonra məlum olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR