Nardaranda atışma olub, ölən və yaralananlar var - VİDEO
Nardaranda atışmadan dərhal sonrakı görüntülər.3 saylı Klinik Xəstəxanın qəbul şöbəsindən AzadlıqRadiosuna Nardarandan yaralıların gətirilməsini təsdiqləyiblər.Amma xəstəxanaya neçə nəfərin gətirilməsi barədə məlumat verməyiblər.Hələlik Daxili İşlər Nazirliyindən hadisə ilə bağlı rəsmi məlumat verilməyib. Nazirliyin mətbuat xidmətindən AzadlıqRadiosuna deyiblər ki, məsələ araşdırılacaq.
--
Noyabrın 26-da Nardaranda atışma olub. İki nəfərin həlak olduğu haqda məlumat var. Tanınmış dindarlardan Hacı Taleh Bağırzadənin saxlandığı deyilir.Nardaran ağasaqqalı Hacı Natiq Kərimov AzadlıqRadiosuna hadisənin baş verməsini təsdiqləyib. Amma dəqiq məlumatı olmadığını bildirib:"İndi mən özüm Bakıdayam. Elə xəbəri telefonla mənə bildirdirlər. Dəqiq bilmirəm nə və nə üçün baş verib."






