Logo

Azərbaycan buna görə MDB birincisi olub

Azərbaycan buna görə MDB birincisi olub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"The World Economic Forum” beynəlxalq təşkilatın reytinqinə əsasən Azərbaycan MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib.

Sfera.az Azəravtoyol ASC mətbuat xidmətinə istinadla bildirir ki, beynəlxalq təşkilatın reytinqində dünya ölkələri arasında Azərbaycan yollarına görə 50-ci yerə layiq görülüb. Bu siyahıda qonşu dövlətlər olan Rusiya 123-cü, Gürcüstan 78-ci, Ermənistan isə 81-ci yerdə qəraralaşıb.

Siyahıda Mərkəzi Asiya ölkələri arasında ən yaxşı nəticə Tacikistandadır - 70-ci yer. Dünya ölkələri arasında Qazaxstan 108-ci, Qırğızıstanın adı isə 131-ci çəkilir.

Reytinqə əsasən ən yaxşı yollar Fransa, Biləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Portuqaliya və Omandadır. Ən pis yollar isə Moldova, Mozambik, Ukrayna, Mavritaniya, Paraqvay, Konqo və Madaqaskardadır.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR