Logo

12 illik təhsil tətbiq olunur? - Açıqlama

12 illik təhsil tətbiq olunur? - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Son zamanlar Azərbaycan ictimaiyyətini narahat edən əsas məsələlərdən biri də, orta məktəblərdə təhsil müddətinin artırılmasıdır. Burda həm orta məktəblərin illik dərs həftəsinin 2 həftə artırılması, həm də ümumi təhsilin bir il artırılması nəzərdə tutulur".

Bu sözləri Sfera.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspertin sözlərinə görə, valideynlər bu müddət ərzində uşaqların təhsil haqqlarını neçə ödəyəcələrini düşündükləri halda, şagirdlər isə 12 ilin necə gəlib keçəcəyini düşünürlər:

"Hesab edirəm ki,  təhsilimizin inkişafının əsas məqsəd olduğunu nəzərə alsaq, burada vaxt itiksi olmadan bilik sahibi olmaq istəyən şagirdlərin fikirlərini nəzərə alındığını düşünürəm. 12 illik təhsilə keçidlə əlaqədar olaraq uzunmüddətli və geniş şəkildə  apardığım araşdırma da müxtəlif qaranlıq məqamlar aydın oldu. Birincisi, ümumi təhsil müddətinin 12 il müəyyənləşdirilməsi, ölkə prezidentinin 24 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təsbit edilib. Həmçinin o sənəddə 10 illik icbari ümumi orta və 2 illik tam orta təhsil səviyyələrini əhatə edən modelin qurulması məqsədəuyğun hesab edildiyini qeyd edim. Bu  sənəd hazırlanarkən bir çox  prinsilər nəzərə alınıb. Uşaqların psixoji durumundan tutmuş, məktəbə uşaq göndərən ailənin maddi durumunun bu müddətdə olacaq təhsil haqlarını ödəmək kimi kiçik, amma vacib detallar xırdalıqları ilə nəzərə alınıb.

İkincisi, dünyanın əksər inkişaf etmiş ölkələrində ümumi təhsilin müddəti 12 il, bəzilərində bundan da artıqdır. İndiyə qədər bizim ciddi şəkildə narahat olduğumuz şagirdlərin ağır dərs yükü ilə yüklənməsi məsələsi də öz həllini tapır. 12 illik ümumi təhsilə keçid müddət artırıldığı üçün mövcud tədris proqramlarının yüngülləşdirilməsinə, təlim materiallarının səmərəli tədrisinə əlverişli şəraitin yaranmasına və buna görə də uşaqların sağlamlığının mühafizəsinə müsbət təsir göstərəcəyini də qeyd edim. Lakin hesab edirəm ki, 12 illik təhsilinə keçiddən sonra şagirdlərin biliyinin qiymətləndirilməsi məsələsinə ciddi yanaşmaq və bunun üçün yeni qiymətləndirilmə texnologiyaları tətbiq edilməlidir".

K. Əsədov qeyd edib ki, 12 illik təhsilə keçiddən sonra ümum təhsil məktəblərində təhsil təmayülləşəcək:

"Təhsil haqqında qanunda "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə görə və Dövlət Strategiyası sənədində nəzərdə tutulduğu kimi, ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil müxtəlif təmayüllər üzrə təşkil olunacaq və 2017-2018-ci tədris ilindən bunun kütləvi şəkildə həyata keçirilməsi başlayacaq. Düzdür, hələ də bu məsələlərdə qaranlıq məqamlar var. Belə ki,məktəblərin hamısı, yoxsa konket ayrı-ayrı məktəblər bu sistemə keçəcək. Bu məsələlərdə müəyyən qaranlıqlar var. Baxmayaraq ki, yeni təhsil strategiyasında 12 illik təhsilə keçid nəzərdə tutulub, amma demirlər ki, nə vaxtdan keçiləcək, hansı formada keçiləcək. Təhsil Strategiyasının özü vacib sənəddir və ordakı fəaliyyət planı ortalıqda deyilsə, burada müəyyən qaranlıqlar var. Təhsilin keyfiyyətinin müddətlə heç bir bağlılığı yoxdur. Azərbaycanda hal-hazırda elə kurslar var ki, 12 illik təhsil müddətində öyrədilənləri 5-6 aya öyrədirlər. Sovet dönəmində bizdə 7 illik icbari təhsil olub, ümumi orta təhsil isə 10 illik olub. Bu dövrədə Azərbaycan təhsili öz intibah dövrünü keçib. Əsas məsələ təhsil və tədris planlarının necə hazırlanmasıdır. 12 illik təhsilə keçid işin bir tərəfidir. Deyirlər ki, 10 illik təhsil icbari təhsil olacaq. Belə çıxır ki, bizim orta məktəblər iki ili biz yalnız abituriyent hazırlığını həyata keçirəcək. 6 günlük sistemdən 5 günlüyə keçdikdən sonra məktəblərdə dərs proqramları daha da sıxlaşdırılıb. Düşünürəm ki,  Təhsil Nazirliyi 12 illik təhsil sisteminə keçiddən sonra konkret addımlar atmalıdır. Tədris həftəsi 6 günlükdən 5 günlüyə keçirildikdən sonra 6-cı günün materialları sıxışdırıldı. Nəticədə 5 günlük həftəliyin proqramlarında ağırlıq əmələ gəldi. Bu baxımdan 12 illik təhsilə keçidlə əlaqədar olaraq, nazirlik müvafiq təhsil proqramları hazırlamalı və bölgü məsələlərini həll etmək lazımdır".

Ekspert 12 illik təhsilin sonuncu iki ilində universitelərə tələbə hazırlamaq əvəzinə, şagirdlərə müxtəlif peşə vərdişlərinin öyrədilməsini təklif edib:

"Türkiyədə də 12 illik təhsil tətbiq olunur. Amma onlarda "məslək okulları" var. Şagirdlər son 2 ili peşə öyrənirlər. Əgər biz bu 2 ili ali təhsilə yönəldəcəyiksə, o zaman Yeni Peşə Təhsili Strategiyası niyə hazırlanır? Təhsil Nazirliyi 12 illik təhsillə və Peşə Təhsili Startegiyası arasında hansısa şəkildə uzlaşdırılmanın aparılması ilə bağlı konkred addımlar atmalıdır. Bütün hallarda əsas odur ki, təhsilin məzmunu dəyişdirilsin. Təhsilin neçə illik olmasının o qədər də əhəmiyyəti yoxdur. Təhsilin və tədrisin məzmunu, qiymətləndirməsi dəyişdirilməlidir. Təhsilin müddəti 12 illik və yaxud 11 illik olsun, fərqi yoxdur. Onsuz da təhsilin məzmunu kurikuluma keçiddən sonra tez-tez dəyişir. Bu gün deyirik ki, 12 illik təhsilə keçirik, amma hələ nəyin dəyişiləcəyi məlum deyil. Sırf 12 illik təhsilə keçidlə bağlı heç nə dəyişməyəcək".

Gülnarə Eynullaqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR