Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Kateqoriya məlum deyil
T
Paytaxtın Bakıxanov qəsəbəsinin Eldar Xəlilov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Sfera.az xəbər verir ki, bu barədə apa-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, məhdudiyyət səbəbindən 78 nömrəli müntəzəm marşrutun hərəkəti Murad Nağıyev, Muxtar Fətəliyev və Əşrəf Yunusov küçələri ilə təşkil edilib.






