Logo

Atışmada öldürülən iki nardaranlının adı bilindi- VİDEO, FOTO

Atışmada öldürülən iki nardaranlının adı bilindi- VİDEO, FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün Nardaranda DİN əməkdaşları ilə islamçı ekstremistlər arasında baş verən atışmada2-si polis olmaqla 6 nəfər həlak olub.

Atışmada öldürülənlərdən ikisinin adı bəlli olub. Bunlar islamçı ekstremist qruplaşmanın lideri Tale Bağırzadənin bilavasitə yaxın ətrafına daxil olan Abbas Hüseyn və Fərahim Zeynalabdinoğlu adlı Nardaran sakinidir.

Sosial şəbəkələrdə Abbas Hüseynin fotosu yayılıb.

Atışma zamanı "Kalaşnikov" avtomatlarından və qumbaralardan istifadə edilib. Hazırda Nardaranda polis gücləndirilmiş iş rejimində işləyir. Qəsəbənin giriş və çıxış yolları nəzarətə götürülüb, əraziyə daxil olan avtomobillər yoxlanılır.

Atışmada öldürülən iki nardaranlının adı bilindi- VİDEO, FOTO

Atışma ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq 
məlumat yayıb.

Bildirilir ki, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə yaradılan "Müsəlman birliyi" adlı hərəkatın üzvlərinin tutulması üçün 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.

Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.(virtual.az)

Atışmada öldürülən iki nardaranlının adı bilindi- VİDEO, FOTO
Atışmada öldürülən iki nardaranlının adı bilindi- VİDEO, FOTO
Nardaran - baş verən atışmadan sonra

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR