Logo

Əfsanə geri dönür!!! - FOTOLAR

Əfsanə geri dönür!!! - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sfera.az xarici KİV-ə istinadən bildirir ki, Nokiadan İki Telefon Birdən Bir zamanların telefon nəhəngi Nokianın adını yavaş yavaş unutmağa başlamışkən şirkət Nokia 230 və Nokia 230 Dual SIM telefonuyla meydanlara geri döndü. Microsoftun sahibi olduğu Nokia, klassik tuş komandalı telefonları Nokia 230 və 230 Dual SIM (cüt SIM kartlı model) ilə bazara yeni məhsullarını təqdim etdi. Ancaq şirkətin hədəfi telefonlardan da aydın olacağı üzrə Samsung və ya Apple ilə rəqabət etməkdən çox inkişaf etməkdə olan ölkələrdə yaxşı bir satış qrafiki əldə etməkdir.

Gələk bu iki telefonun texniki xüsusiyyətlərinə...

Əvvəla Nokia 230 və Nokia 230 Dual SIM arasında yalnız tək bir fərq var və digər bütün xüsusiyyətləri eynidir. O fərq da Dual SIM olan modelin cüt SIM kart dəstəyinə də sahib olmasıdır. Hər biri 2 megapiksel arxa və 2 megapiksel ön kameralara sahibdir. Arxa kameranın inteqrasiya işıqı da var. Ön kameranın selfie çəkilişini və bunların sosial mediada paylaşmasını asanlaşdıran bir qısayol düyməsi var. 2.8 düym ekran saxlayan bu telefonlarda oyun oynamaq və ya video izləmək pis sayılmaz.

Daxili yaddaşa əlavə olaraq yaddaş kartları sayəsində saxlama sahəsini 32 GB-ya qədər artırmaq da mümkündür.23 saata qədər batareya ömrü var.

Microsoft, Nokia 230 və 230 dual SİM cib telefonlarının qiymətini hər cür vergi və ödəniş istisna olmaqla 55 dollar olaraq təyin edib.

EFSANE

EFSANE

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR