Vahid Mustafayevdən Nardaran hadisələri ilə bağlı açıqlama - VİDEO
"Qəsəbədə jurnalistlərə qarşı sərgilənən münasibət arzuolunmazdır".
Bu gün paytaxtın Nardaran qəsəbəsində bir qrup silahlı şəxslə polis arasında qarşıdurma olub. Qarşıdurma zamanı KİV nümayəndələri də təzyiqlə üzləşiblər.
ANS TV-nin məlumatına görə, ANS Şirkətlər Qrupunun prezidenti Vahid MustafayevNardaran qəsəbəsində baş verən məlum hadisələr zamanı “ATV” və İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşlarına qarşı münasibəti arzuolunmaz adlandırıb.
Vahid Mustafayevin sözlərinə görə, kütləvi informasiya vasitələri əməkdaşlarına hadisə yerində işləməyə, dəqiq informasiya əldə etməyə şərait yaradılması məqsədəuyğundur.
Jurnalistlər ağır şəraitdə olsalar belə, peşə borclarını yerinə yetirirlər. Onlar daim xalqı məlumatladırmalıdırlar.
Buna görə də jurnalistlərə işləmək üçün şərait yaratmaq hər birimizin öhdəsinə düşən vəzifədir. ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafa Yevin mövqeyini belə açıqlıyıb.
Bu baxımdan ANS-in əməkdaşları hadisə baş verən kimi Nardaran qəsəbəsinə üz tutublar. Amma əməkdaşlarımız çəkiliş zamanı heç bir təziqlə üzləşməyiblər.
Xatırladaq ki, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə yaradılan "Müsəlman birliyi" adlı hərəkatın üzvlərinin tutulması üçün 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.
Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.






