Logo

Eks nazir danışdı: "Cəmiyyət kimin nə iş gördüyünü yaxşı görür"

Eks nazir danışdı: "Cəmiyyət kimin nə iş gördüyünü yaxşı görür"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Artıq beş ilə yaxındır ki, Təhsil Nazirliyindən uzaqlaşmışam. Ora ilə heç bir əlaqəm yoxdur, heç maraqlı da deyil. Cəmiyyət kimin nə iş gördüyünü yaxşı görür. Faktlar göz önündədir, mənim söz deməyimə ehtiyac yoxdur"

Bu sözləri Sfera.az-a açıqlamasında keçmiş təhsil naziri Misir Mərdanov deyib.

Keçmiş  nazir beşinci ildir ki, AMEA-nın Riyaziyyat və Mexanika Elmi Tədqiqat İnstitutunda işlədiyini bildirib:

"Çalışdığım sahə üzrə ölkədə elmin nüfuzunu qaldırmaq istəyirəm. Bu istiqamətdə ciddi işlər görürük. Dörd elmi jurnal çap olunur və hər il iki nömrə çıxarılır. Jurnallar Azərbaycan dili ilə yanaşı, həm də ingilis dilində çap olunur. Bundan başqa, jurnalın ikisi "Thomson Reuters" agentliyinin siyahısına düşüb. İnstitutda fəlsəfə elmlər doktorluğu üzrə Dissertasiya Şurası fəaliyyət göstərir. Həmin Şuranın sədriyəm".

"Sonda onu da qeyd edim ki, mənə göstərilən hər bir etimadı doğrultmağa çalışıram. Və bundan sonra da bacardığım qədər doğruldacağam", - deyə M. Mərdanov əlavə edib.

Gülnarə Eynullaqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR