Şagirdi it dişlədi? - FHN-dən açıqlama
Kateqoriya məlum deyil
Bəzi kütləvi informasiya vasitələrində iyunun 1-də Xırdalan şəhərində yerləşən, Cəbrayıl rayonuna aid məktəbin şagirdlərinin Fövqəladə Hallar Nazirliyinin (FHN) kinoloji taboruna məxsus itlərdən birinin hücumuna məruz qalması barədə əsassız məlumat yayılıb.
FHN-dən verilən məlumata əsasən, qeyd olunan məktəbin yaxınlığında yerləşən FHN-ə məxsus qurumda itlər saxlanılmır:
"Bir daha diqqətə çatdırırıq ki, yayılmış məlumatın heç bir əsası yoxdur". (apa)
Sfera.az






