Logo

"Uşaq qaydasız və hədsiz dərəcədə qapalı böyüyürsə..." - Psixoloq həyəcan təbili çaldı

"Uşaq qaydasız və hədsiz dərəcədə qapalı böyüyürsə..." - Psixoloq həyəcan təbili çaldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqların Beynəlxalq Müdafiəsi Günü – 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Sfera.az-a danışan NARINC uşaq psixologiya mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova deyib ki, uşaqların nəyinki hüquqlarının, onların mənəvi, fiziki və maddi baxımdan təmin olunması və qayğı göstərilməsi vacibdir.

"Uşaq qaydasız və hədsiz dərəcədə qapalı böyüyürsə..." - Psixoloq həyəcan təbili çaldı

Psixoloqun sözlərinə görə, uşaqlar üçün bir gün deyil, hər gün bayram olmalıdır:

"Bəzən uşaqlar üçün bir günü bayram edirik, digər günləri sağlam mühit qura bilmirik. Buna da bayram deyilmir.  Bunun üçün Ailə İnstitutları doğru formalaşdırılmalıdır. Əsas olaraq valideynlər qaydaları doğru qurmalıdır. Öz rejiminə görə deyil, uşaqlarının rejiminə görə davranmalıdırlar. Çünki uşaq heyvan deyil suyun, yeməyin verib saxlayasan. Bir mənalı olaraq ailələr məsuliyyət dərk etməli və ana uşağı dünyaya gətirməlidir. Birinci özünü tərbiyyə etməli, sonra isə övladını. Uşağa nə normadan çox sevgi, qayğı göstərməli, nə də normadan az. Uşaq tərbiyyəsində ən çətinlik çəkdiyimiz nüans: günümüzdə uşaqların sayının az olması, valideynin uşağa qarşı diqqətini çox artırıb. Valideyn çalışır ki, bir övadı varsa, ona hər şey etsin. Bu da gələcəkdə çox eqoist uşağın formalaşmasına səbəb olur. Bunun üçün də lazım gələndə uşağa cəza verilməli və məhrum olunmalıdır ki, qaydaları anlaya bilsin. Çünki uşaq evdə qaydasız və ya hədsiz dərəcədə qapalı böyüyürsə, cəmiyyətin qaydalarına tabe ola bilmir. Uşağın seçimləri olmalıdır, əşya kimi böyütməməliyik və 12 yaşınadək tərbiyyə olunmalıdır. Uşaq bir mənalı şəkildə öz ailəsini model olaraq görməlidir".

Narınc Rüstəmovanın fikrincə, uşağa təzyiq yox, münasibət göstərilməlidir:

"Ailə quran qadınlar savadlı olmalıdır. Ali təhsil şərt deyil, ancaq hər şeydən məlumatlı olması vacibdir. Uşaqlara telefonla və ya digər vasitələrlə başını qatmaqla tərbiyyə verilmir. Daha çox söhbət etmək lazımdır. Uşağın səhvi olarsa, onu sevdiyi əşyalarla cəzalandırmaq lazımdır. Altı yaşa qədər yarım günlük, altı yaşdan sonra bir günlük, 12 yaşdan sonra isə 1 gündən çox, yəni həftəlik cəzalar da tətbiq etmək olar. Uşağı döymək və ya söymək həlli yolu deyil. Uşaq məhrum etmələrdən nəticə çıxarmalıdır. Cəzalar ağlabatan olmalıdır, cəzaları da izah etməklə utandırmağı bacarmaq lazımdır".

Gülnarə Eynullaqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR