Azyaşlı uşağın yoxa çıxması ilə bağlı yeni DETALLAR

Azyaşlı uşağın yoxa çıxması ilə bağlı yeni DETALLAR
Kateqoriya məlum deyil
T

Sosial şəbəkələrdə və bəzi media resurslarında paytaxtın Pirallahı rayonunda vətəndaş F.Zeynalovanın azyaşlı övladının onun icazəsi olmadan aparılması ilə bağlı yayılan məlumat polis əməkdaşları tərəfindən araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Sfera.az-a bildirib ki, azyaşlının valideyni ərazi üzrə müvafiq polis orqanına dəvət olunub. Araşdırma zamanı müəyyən edilib ki, azyaşlı ailənin digər üzvü tərəfindən aparılıb, hazırda isə valideyninin himayəsindədir.

Məsələ ilə bağlı əlavə araşdırmalar davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR