Logo

Bakının iki küçəsinə nəzarət gücləndirildi

Bakının iki küçəsinə nəzarət gücləndirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Cavadxan və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki dairədə nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının və taksilərin xaotik hərəkətinin aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən zəruri tədbirlər görülüb.

BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Sfera.az-a bildirib ki, sözügedən ünvanda mövcud avtobus dayanacaq məntəqələrinin xətləri yenidən rənglənərək müvafiq nişanlar qoyulub.

"Ərazidə taksilərin və avtobusların dayanacağa giriş-çıxışına maneə yaratmasının qarşısını almaq üçün yeni taksi duracağı yeri də müəyyənləşdirilib. Görülən infrastruktur tədbirləri ilə yanaşı BNA-nın əməkdaşları əraziyə nəzarəti də gücləndirib", - deyə qurum rəsmisi qeyd edib.

Onun sözlərinə görə, BNA paytaxtın digər küçə və prospektlərində də nəqliyyatın maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri tədbirləri davam etdirir.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR