Logo

Bakıda daha bir tələbə qız intihar etdi

Bakıda daha bir tələbə qız intihar etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda intihar hadisəsi baş verib. Tələbə özünü yaşadığı binanın damından atıb.

Sfera.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından anspress-ə verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonun, Qara Qarayev prospekti 71 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1993-cü il təvəllüdlü Türkan Eldar qızı Həsənzadə özünü yaşadığı binanın damından yerə atıb. Nəticədə 22 yaşlı qız aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Hüquq-mühafizə orqanlarından bildirdilər ki, özünü öldürən qız, Tibb Universitetinin tələbəsidir.

Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bənzər hadisə 3 gün əvvəl də Bakıda baş verib. Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Paytaxt sakini 1990-cı il təvəllüdlü Aişə İlqar qızı Dadaşova özünü yaşadığı binanın 19-cu mərtəbəsindən atıb və hadisə yerindəcə dünyasını dəyişib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR