“Nar” yeni “Turbo L+” paketini təqdim edir

“Nar” yeni “Turbo L+” paketini təqdim edir

İndi abunəçilər cəmi 9 AZN ödəyərək 5GB internet trafiki əldə edirlər. Şirkətdən Trend-ə verilən məlumata görə, bu təklifdən yararlanmaq üçün abunəçilər *777#45#Yes şifrəsini yığmalı və "Turbo L+” paketinə qoşulmalıdırlar.

 

"Nar” abunəçilərin istəklərinə uyğun olaraq müxtəlif həcmli "Turbo" paketləri təklif edir. Bu internet paketlərinin istifadəçiləri mobil telefonlarında 150 Mb/s-dək sürətdən faydalanmaq fürsəti qazanırlar. Paket bitdikdə isə, "ədalətli istifadə" siyasətinə uyğun olaraq, istifadə müddətinin sonunadək pulsuz internetdən yararlanmaq mümkündür. Üstəlik, irihəcmli "Turbo XL”, "Turbo 2XL” və "Turbo 3XL” paketlərində gecələr internet tam sürətlə pulsuz və limitsizdir.


"Turbo L+” və mobil operatorun digər internet paketləri haqqında daha ətraflı məlumatı 777 qısa nömrəsinə zəng edərək və ya nar.az səhifəsinə daxil olaraq əldə etmək olar.


Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...