Logo

"Rektor tələbə ilə danışıqda düzgün ifadə və səs tonu seçməyib" - Ekspertdən irad

"Rektor tələbə ilə danışıqda düzgün ifadə və səs tonu seçməyib" - Ekspertdən irad
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Təəssüflər olsun ki, Azərbaycanın kifayət qədər böyük nüfuza malik olan universiteti gündəmə xoşagəlməz hadisə ilə gəldi. Dillər universiteti Azərbaycanın 54 ali təhsil müəssisələri arasında xüsusi rola, əhəmiyyətə malik olan, kifayət qədər ciddi kadr potensialının hazırlandığı təhsil ocağıdır".

Bu sözləri Sfrea.az-a ADU-nin tələbələrinin dövlət imtahanının bərpasına etiraz etmələrini şərh edən təhsil üzrə ekspert Kamran Əsədov söyləyib.

"Rektor tələbə ilə danışıqda düzgün ifadə və səs tonu seçməyib" - Ekspertdən irad

Ekspertin sözlərinə görə, ADU-nin istər tədrisi, istər idarə edilməsi bir çox universitetlərə nümunə ola bilər:

"Amma son baş verən hadisələr tələbə və universitet rəhbərliyi arasında əlaqələrin xoş olmadığı mənzərəsini yaratdı. Halbuki, Azərbaycan Dilər Universiteti ictimai şuranın fəaliyyət göstərdiyi azsaylı universitetlərdəndir.  Universitetin ictimai fəaliyyəti, tələbələr üçün təşkilati məsələlər üzrə geniş imkanlar yaradıldığı ortadadır.  Əlbəttə ki, heçdə hamı hər şeydən razı qalmır. Baş verən tələbə rektor dialoqunda iki tərəfin də xoş olmayan şəxslər kimi bir birini ittiham etməsi hər iki tərəfin günahkar olduğunu göstərir. Birincisi tələbə dövlət imtahanı ilə bağlı tələbində haqsızdır. Ona görə ki, bu universitetin rektorunun qərarı deyil, nazirlər kabinetinin Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin qarşısında qoyduğu tələbdir. Bundan başqa, bu ilə qədər həmən ali təhsil müəssisəsində dövlət imtahanının keçirilməməsi bundan sonra da keçirilməməlidir demək deyil. Çünki bu 165 min digər tələbələrə qarşı haqsızlıq olar. Digər tərəfdən, Azərbaycan Dillər Universiteti daha çox pedaqoji kadrların hazırlanması ilə məşğul olur ki, bu gün çalışan müəllimin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm addımlar atılır".

K.Əsədov qeyd edib ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanı keçirilir və bu imtahanlar müəllimlərin bilik və bacarıqlarının yaxşı səviyyədə olmadığını göstərdi:

"Ona görə də, bundan sonra pedaqoji kadrların hazırlanmasını həyata keçirən ali və orta ixtisas təhsili müəssisələri bu məsələyə xüsusi diqqət yetirməlidir. Bundan başqa, tələbənin işi, fəaliyyəti təhsil aldığı müddətdə yüksək səviyyədə kadr olmaq istiqamətində olmalıdır ki, bunun üçün də yüksək dərs yükündən narahat olmaq lazım deyil. Dövlət İmtahanı salınmasında heç bir problem yoxdur. Ona görə ki, onlara heçdə yeni bir sahə üzrə imtahan keçrilmir. Onlara tədris olunmuş və onların müsbət nəticə əldə etdiyi fənnlərdən imtahan olunur. Orda səslənən 700 suala gəlincə isə, bu sual sayı deyil, mövzu sayıdır ki, onlar da hamısı 7-8 kitabda cəmlənib. Sadəcə olaraq, tələbələr çətinlik çəkmək istəmir, rahat yolla diplom almaq istəyirlər".

Ekspertin fikrincə, rektor tələbə ilə danışıqda düzgün ifadə və səs tonu seçməmişdi:

"Halbuki, Əfqan Abdullayev uzun müddət ABŞ da çalışmış, Dillər Universitetində müəllim, dekan olmuş şəxsdir. Onun dekan və məllim olduğu dövrdə nə qədər müsbət fəaliyyət göstərdiyi hamıya məlumdur. Ola bilsin ki, uyğun olmayan vaxt olub. Yoxsa Əfqan müəllim bütün problemlərin tələbənin xeyrinə həll olunmasını istəyən, bunun üçün əməli tədbirlər həyata keçirən insandır".

Gülnarə Eynullaqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR