Dövlət qurumlarına kiberhücumlar 10 %-ə yaxın azalıb

Kateqoriya məlum deyil
T
Bu ilin yanvar-iyul aylarında dövlət qurumlarına 518 kiberhücum indikatoru (IOC) müəyyən edilib.
Sfera.az bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % azdır.
Kibertəhdidlərin 337-si daxili araşdırma, 190-ı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə iyulda isə 61 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 11,6 % azdır.
2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
(Report)






