Təbrizlilər Azərbaycan vətəndaşını zindandan xilas ediblər
Kateqoriya məlum deyil
Təbrizli xeyriyyəçilər Azərbaycan Respublikasının vətəndaşı olan xanımın zindandan azad edilməsinə nail olublar.
Bu barədə Diyə Fondunun rəhbəri Rəsul Təqipur məlumat yayıb.
O bildirib ki, Azərbaycan Respublikası vətəndaşı olan 68 yaşlı xanım borc üzündən 4 il Təbriz zindanında qaldıqdan sonra onun borclarını təbrizli xeyriyyəçilər ödəyib və nəticədə qadın azadlığa edilib.
Məlumata görə, həmin qadın 150 milyon tümən borcu olduğuna görə həbs edilib. Təbrizlilər onun borclu olduğu şəxslə danışıqlar apararaq, borcu 40 milyona endirib və həmin məbləği özləri ödəyib.
Azad edilən ağbirçəyin adı açıqlanmayıb.
Sfera.az






