Məhkəmədən AST Telmanın evləri ilə bağlı - Qərar
Kateqoriya məlum deyil
Moskvanın Arbitraj Məhkəməsi Telman İsmayılovun Kutuzov prospektində yerləşən 5 və 6 otaqlı evinə həbs qoymaqdan imtina edib.
Bu barədə məlumatı "RİA Novosti” agentliyi yayıb.
Qeyd edək ki, T.İsmayılov məhkəmənin qərarı ilə bankrot elan edilib. Bundan sonra onun borclarının restrukturizasiyası başladılıb.
Telman İsmayılov əslən Azərbaycandandır. O, Çerkizov bazarının eks-sahibidir. İsmayılov həmçinin AST şirkətlər qrupunun da yaradıcısıdır.
Sfera.az






