Sığorta bazarında yeniliklər gözlənilir - VİDEO

Yaxın vaxtlarda kasko sığorta ilə bağlı yeniliklər tətbiq olunacaq. Bu barədə Mərkəzi Bankın məlumatında bildirilib.
Qeyd olunub ki, dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini, eləcə də istehlakçı məmnuniyyətinin artırılmasını nəzərdə tutur.
Sfera.az xəbər verir ki, sığorta eksperti Vüsal Bədəlov deyir ki, kasko sığorta bazarının canlandırılması və əhalinin sığorta bazarına inamının artırılması üçün sığorta sahəsində beynəlxalq standartlara əsaslanan müəyyən dəyişikliklərin həyata keçirilməsi vacibdir.
Ekspertin sözlərinə görə, sığorta hadisəsi baş verdikdə zərərin hansı hissəsini sığortalının özü ödəyəcəyi müqavilədə əvvəlcədən açıq şəkildə yazılmalıdır.
Ekspert hesab edir ki, bu məsələlərlə bağlı dəyişiklik edilərsə, gələcəkdə kasko sığortasına maraq daha da arta bilər.
Daha ətraflı videomaterialı təqdim edirik.






