İsmayıllıda “Coke Studio Festival” keçirilib - FOTOLAR

İsmayıllıda musiqi və əyləncəni bir araya gətirən “Coke Studio Festival” böyük coşqu və yüksək əhval-ruhiyyə ilə keçirilib.
Sfera.az xəbər verir ki, festival rayon sakinləri ilə yanaşı, İsmayıllıya gələn qonaqlar üçün də maraqlı və xoş istirahət imkanları yaradıb. Tədbir çərçivəsində musiqi və əyləncə proqramları təqdim olunub.
Festival həmçinin İsmayıllının turizm potensialının tanıdılması baxımından diqqət çəkib. Rayonun təbiəti və turizm imkanları tədbir iştirakçılarına təqdim olunub.
Tədbirin təşkilində əməyi olan Xəzər TV və Coca-Cola kollektivlərinə təşəkkür bildirilib.
Qeyd olunub ki, bu kimi tədbirlərin İsmayıllıda keçirilməsi rayonun ictimai və mədəni həyatına rəng qatmaqla yanaşı, onun turizm potensialının daha geniş auditoriyaya tanıdılmasına da töhfə verir.











