Logo

“Dünyanı aldatmayın, orada İŞİD yoxdur” - Ərdoğandan sərt çıxış

“Dünyanı aldatmayın, orada İŞİD yoxdur” - Ərdoğandan sərt çıxış
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə prezidenti Ərdoğan Rusiya ilə yaranan gərginliklə bağlı önəmli açıqlamalar verib.

Sfera.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident Rusiyanın bombaladığı Lazkiye və onun şimalındakı Bayır Bucak türkmənlərinin yaşadığı ərazidə İŞİD qüvvələrinin olmadığını deyib:

“Heç kim bizi və dünyanı aldatmasın. Orada təyyarələrdən atılan bombalar nəticəsində indiyə qədər 1,5 ay ərzində 300-dən çox türkmən öldürülüb. Bayır Bucak türkmənləri artıq sərhədlərimizə doğru sığınmağa başlayır.

DAİŞ deyilən təşkilatla Türkiyədən başqa ciddi mübarizə aparan ölkə yoxdur. Heç kim ölkəmizin DAİŞ-lə mübarizəsini müzakirə etməyə, bu məsələdə bizi töhmət altında saxlamağa haqqı yoxdur.

Deyirlər ki, Türkiyə DAİŞ-dən neft alır. Türkiyənin bu gün neftini də, təbii qazını da aldığı ölkə bəllidir. Bizə ən böyük idxal Rusiyadan gəlir. Daha sonra İrandan, Azərbaycan və Şimali İraqdan, Əl Cəzair və Qətərdən də bu şəkildə. Bizim DAİŞ-dən neft aldığımızı iddia edənlər bunu isbat etməyə borcludur

DAİŞ çıxardığı nefti Əsədə satır. Dəstək verdiyiniz Əsədlə bu haqda danışın. Pulu ondan alırlar. İŞİD-in həm silah, həm maliyyə gücünün arxasında əgər bir yer axtarılacaqsa, ilk yer Əsəd rejimi və ona dəstək olan ölkələr olmalıdır”.

Ərdoğan həmçinin bildirib ki, Türkiyə sərhədlərini pozan təyyarələr bundan sonra da vurulacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR