Müəllimlərin nəzərinə: seçim başladı

Müəllimlərin nəzərinə: seçim başladı
Kateqoriya məlum deyil
T

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq edilən məktəbləri üçün vakansiya seçimi mərhələsinə start verilib.

Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, proses bu gün – avqustun 8-i saat 11:00-dan etibarən başlayıb və avqustun 10-u saat 11:00-dək davam edəcək. Namizədlər öz şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini həyata keçirə bilərlər.

Agentlik namizədlərə seçim zamanı diqqətli olmağı və prosesi bitirdikdən sonra elektron ərizələrini mütləq şəkildə təsdiqləməyi tövsiyə edib.

Qeyd edilib ki, hər hansı bir vakant yeri tutduqdan sonra ondan imtina edən şəxslərin növbəti vakansiya seçimi mərhələlərində iştirakına icazə verilməyəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR