Azərbaycanda ən çox bu xəstəlikdən ölürlər - STATİSTİKA

Azərbaycanda ən çox bu xəstəlikdən ölürlər - STATİSTİKA
Kateqoriya məlum deyil
T

2025-ci ildə Azərbaycanda 59 min 834 ölüm halı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 925 nəfər və ya 1,6 faiz çoxdur.

Sfera.az xəbər verir ki, bu barədə redaksiyanın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ötən il ölüm hallarının ən böyük hissəsi qan dövranı sistemi xəstəliklərinin payına düşüb.

Belə ki, bu səbəbdən 33 min 555 nəfər vəfat edib. Bu göstərici 2024-cü illə müqayisədə 266 nəfər çoxdur və il ərzində qeydə alınan bütün ölüm hallarının təxminən 56 faizini təşkil edir. Statistikada ikinci yerdə yenitörəmələr (xərçəng xəstəlikləri) qərarlaşıb. 2025-ci ildə bu səbəbdən 10 min 102 nəfər ölüb. 2024-cü ildə isə bu rəqəm 9 min 681 olub. Beləliklə, xərçəngdən ölənlərin sayı bir il ərzində 421 nəfər artıb.

Ölüm səbəbləri arasında növbəti yerləri travmalar, zəhərlənmələr və xarici təsirlər (2 594 nəfər), sinir sistemi xəstəlikləri (2 193 nəfər) və həzm sistemi xəstəlikləri (2 036 nəfər) tutub. Müqayisə göstərir ki, 2024-cü illə müqayisədə travma, zəhərlənmə və xarici səbəblərdən ölənlərin sayı 120 nəfər, sinir sistemi xəstəliklərindən ölənlərin sayı isə 93 nəfər azalıb. Əvəzində, həzm sistemi, tənəffüs sistemi və endokrin sistem, qidalanma və maddələr mübadiləsi xəstəliklərindən ölənlərin sayında artım qeydə alınıb.

Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlər göstərir ki, Azərbaycanda ölüm hallarının əsas səbəbləri dəyişməyib. Belə ki, qan dövranı sistemi xəstəlikləri və xərçəng birlikdə 2025-ci ildə qeydə alınan bütün ölüm hallarının təxminən 73 faizini təşkil edib. Bu da hər dörd ölüm hadisəsindən təxminən üçünün məhz bu iki səbəbdən baş verdiyini göstərir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR