"Patron" tumunun içərisindən siqaret kötüyü çıxdı - FOTO

"Patron" tumunun içərisindən siqaret kötüyü çıxdı - FOTO
Kateqoriya məlum deyil
T

Sosial şəbəkələrdə "Patron" markalı günəbaxan tumu ilə bağlı istehlakçı şikayəti müzakirələrə səbəb olub.

Sfera.az xəbər verir ki, Cəfər Kazımov adlı vətəndaş paylaşımında aldığı "Patron" markalı qovrulmuş günəbaxan tumunun içərisindən siqaret kötüyünə bənzər yad cismin çıxdığını iddia edib.

Paylaşım müəllifi bildirib ki, məhsulun keyfiyyəti ilə bağlı əvvəllər də narazılıq yaşayıb. Onun sözlərinə görə, bu dəfə isə paketdən gələn siqaret qoxusu diqqətini çəkib. İstehlakçı yazıb ki, paketi açdıqdan sonra qoxunun səbəbinin içəridə olan siqaret kötüyü olduğunu görüb.

Vətəndaş paylaşımında şirkəti müştəri məmnuniyyətinə laqeyd yanaşmaqda ittiham edərək, oxşar halların ilk dəfə baş vermədiyini iddia edib.

Qeyd edək ki, hazırda sosial şəbəkədə yayılan fotolar və iddiaların həqiqiliyi rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Məsələ ilə bağlı istehsalçı şirkətin mövqeyi məlum deyil.

Sfera.az qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR