Müəllim formalarını kim tikəcək? - AÇIQLAMA

Müəllim formalarını kim tikəcək? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Müəllimlər üçün nəzərdə tutulan vahid geyim formalarının Bakı Tikiş Evi (BTE) tərəfindən hazırlanıb-hazırlanmayacağı məsələsinə aydınlıq gətirilib.

Sfera.az bildirir ki, “Yeni Sabah”ın sorğusunu cavablandıran Bakı Tikiş Evindən bildirilib ki, hazırda əsas diqqət yeni tədris ili üçün şagird formalarının istehsalı və satışına yönəlib.

Qeyd olunub ki, məktəbli formalarının istehsalı və satışa hazırlanması ilə bağlı bütün işlər artıq yekunlaşıb. Məktəb formaları istehsal edilib, anbarlara yerləşdirilib və mağazalarda satışına başlanılıb.

BTE-dən verilən məlumata görə, müəllimlər üçün nəzərdə tutulan vahid geyim formaları ilə bağlı isə indiyədək quruma hər hansı sifariş və ya rəsmi müraciət daxil olmayıb.

"Həmçinin həmin formaların modeli, dizaynı, istifadə olunacaq parça və digər texniki göstəricilər barədə bizə heç bir məlumat təqdim edilməyib", – deyə açıqlamada bildirilib.

Qurumdan vurğulanıb ki, müəllim formalarının dizaynı, modeli, materialı və digər texniki sənədlər təqdim ediləcəyi təqdirdə, onların istehsalı qısa müddətdə təşkil oluna bilər.

"Bununla bağlı bizim üçün heç bir problem yoxdur", – deyə Bakı Tikiş Evindən əlavə edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR