"Galaxy S26 Ultra" istifadəçiləri bu problemi pulsuz həll edə bilər

"Galaxy S26 Ultra" istifadəçiləri bu problemi pulsuz həll edə bilər
Kateqoriya məlum deyil
T

"Samsung Electronics" bəzi istifadəçilərin şikayət etdiyi "Samsung Galaxy S26 Ultra" ekran probleminə münasibət bildirib.

Sfera.az xəbər verir ki, istifadəçilər iyun ayından etibarən "Galaxy S26 Ultr"a modellərində ekranın mərkəz hissəsində qırmızı çalarların yarandığını bildiriblər. Şikayətlərə görə, bu problemi əməliyyat sisteminin yenilənməsi ilə aradan qaldırmaq mümkün olmayıb.

"Samsung" məsələ ilə bağlı açıqlamasında bildirib ki, problem istehsal qüsuru hesab edilmir və buna görə cihazların zəmanət əsasında dəyişdirilməsi nəzərdə tutulmur. Bunun əvəzinə şirkət istifadəçilərə ekranın kalibrlənməsini təklif edib.

Şirkətdən bildirilib ki, bəzi "Galaxy S26 Ultra" modellərində ekranın qırmızı görünməsi ilə bağlı yaranan narahatlığa görə üzr istəyirlər.

"Samsung" qeyd edib ki, istifadəçilər rəsmi servis mərkəzlərinə müraciət edərək ekranı pulsuz şəkildə kalibr etdirə bilərlər. Bundan əlavə, şirkət problemin ev şəraitində həllinə imkan verəcək proqram üzərində çalışdığını açıqlayıb.

Ekspertlərin fikrincə, hazırkı problem genişmiqyaslı geri çağırış tələb etmir və istifadəçilərin cihazlarını uzun müddət servis mərkəzlərində gözləməsinə ehtiyac olmayacaq.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR