Azərbaycanda 11 erkən evliliyin qarşısı alınıb - RƏSMİ

Azərbaycanda 11 erkən evliliyin qarşısı alınıb - RƏSMİ
Kateqoriya məlum deyil
T

2026-cı ilin ilk yarımilində qarşısı alınan erkən evliliklərin sayı məlum olub.

Sfera.az xəbər verir ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, erkən evliliklə bağlı cari ilin ilk 6 ayı ərzində 13 müraciət daxil olub.

"Aparılan işlərin nəticəsində 11 erkən evliliyin qarşısı alınıb", - komitənin məlumatında bildirilib.

Qeyd edək ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ötən il 41 erken evlilik faktının qarşısı alınmışdı.

Belə ki, 2025-ci ildə Dövlət Komitəsi və Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 60 erkən evlilik halı ilə bağlı araşdırma aparılıb.

Məlumata görə, aidiyyəti qurumlarla birgə 41 erkən evlilik halının qarşısı alınıb, 12 fakt təsdiqini tapmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR