Logo

Bakıdan Moskvaya gedən nüfuzlu şəxsin xanımına hörmətsizlik

Bakıdan Moskvaya gedən nüfuzlu şəxsin xanımına hörmətsizlik
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycandan olan nüfuzlu biznesmenlərdən birinin həyat yoldaşı Moskvada diskriminasiyaya məruz qalıb.

Bu barədə "Exo Moskva” radiostansiyasının əməkdaşı Maksim Şevçenko müsahibəsində bildirib. O, qeyd edib ki, bu yaxınlarda Azərbaycandan olan dostu, tanınmış biznesmen həyat yoldaşı ilə Moskvaya gələrkən ona qarşı "Domodedovo” hava limanında hörmətsizlik olunub.

"Dostum çox hörmətli biznesmendir. Onun xanımı hicab geyinir. Hicab da müsəlman qadınlarının geyindiyi gözəl baş geyimidir. Bu geyimə görə qadını saatlarla hava limanında saxladılar. Nə qədər ki, müsəlmanlara qarşı bu ayrıseçkilik, onlara ikinci, üçüncü növ adamlar kimi yanaşılma davam edəcək, belə hadisələr çox olacaq”, - deyə jurnalist bildirib. (Virtualaz.org)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR