Şəhid polislərimizin dəfnindən - REPORTAJ - FOTOLAR
Kateqoriya məlum deyil
Dünən Nardaranda baş verən insident nəticəsində şəhid olan 2 polis əməkdaşının dəfn mərasimi keçirilir. Hazırda dəfn yerində Daxili İşlər Nazirliyinin yüksək rütbəli şəxsləri, Bakı şəhər Baş Polis İdarəsinin rəisi MirqafarSeyidov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Bakı Polisinin rəis müavini Səhlab Bağırov, Yasamal RPİ-nin rəisi Əkbər İsmayılov, Respublika Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalov iştirak edirlər. Bununla yanaşı, idmançı şəhid polisimiz İsmayıl Tağıyev üçün bütün idman ictimaiyyəti dəfn ərazisinə gəlməkdədirlər. Dəfnə Daxili İşlər naziri Ramil Usubovun da gəlməsi gözlənilir. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.(atv.az)






