“Galaxy S26 FE” ilə bağlı özəlliklər açıqlandı

“Galaxy S26 FE” ilə bağlı özəlliklər açıqlandı
Kateqoriya məlum deyil
T

“Samsung”un səbirsizliklə gözlənilən yeni ağıllı telefonu “Galaxy S26 FE” ilə bağlı rəsmi təqdimatdan əvvəl yeni məlumatlar yayılıb.

Məlumata görə, cihazın Fransadakı satış qiymətləri, rəng seçimləri və bazara çıxacağı tarix məlum olub.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Galaxy S26 FE” modelinin 2026-cı il 1 sentyabr tarixində təqdim ediləcəyi gözlənilir. Bildirilib ki, smartfon qrafit, su yaşılı və mavi ilə bənövşəyi arasında dəyişən ton olmaqla üç rəng seçimində satışa çıxacaq.

Məlumata görə, əsas “Galaxy S26” modelində 128 GB yaddaş variantı ləğv edilsə də, “Galaxy S26 FE” bu seçimi qoruyub saxlayacaq və seriyanın ən əlçatan modeli olmağa davam edəcək. Cihaz istifadəçilərə 128 GB, 256 GB və 512 GB daxili yaddaş variantları ilə təqdim olunacaq. Fransa bazarı üçün sızdırılan qiymətlərə əsasən, 128 GB versiyası 799 avro, 256 GB versiyası 899 avro, 512 GB versiyası isə 1099 avro qiymətinə satışa çıxarılacaq.

Qeyd olunub ki, əvvəlki nəsillə müqayisədə qiymət artımının əsas səbəbi RAM və yaddaş komponentlərinin bahalaşmasıdır.

Sertifikat məlumatlarında “SM-S741” model nömrəsi ilə qeydə alınan “Galaxy S26 FE”nin Exynos 2500 prosessoru və 8 GB RAM ilə təchiz ediləcəyi bildirilib. Dizayn baxımından isə cihazın kamera modulunun korpusun kənarlarına daha yaxın yerləşdirildiyi diqqət çəkib.


Bəsti Rəfizadə

Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR