Ev heyvanından da təhlükə var - Səhiyyə Nazirliyindən xəbərdarlıq

Heyvan dişləməsi, cırmaqlanması və tüpürcəklənməsi ciddi yoluxucu xəstəliklərə səbəb ola biləcək risk faktorudur.
Sfera.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.
O bildirib ki, heyvanın vurduğu zədə nəticəsində insan orqanizmində təhlükəli yoluxucu xəstəlik və ya infeksiya inkişaf edə bilər:
"İnsanlar heyvanlar tərəfindən dişlənmə, cırmaqlanma və ya tüpürcəklənmə halları ilə istənilən məkanda qarşılaşa bilərlər. Bu, yaşadığımız evdə saxladığımız ev heyvanı tərəfindən də baş verə bilər. Eyni zamanda parklar, küçələr, istirahət zonaları, yay aylarında isə dənizkənarı ərazilər kimi ictimai məkanlarda da belə hallarla rastlaşmaq mümkündür". \\milli.az






