Logo

Əli Abbasov: "Mənə göstərilən etimadı doğrultmağa çalışacağam" - Özəl

Əli Abbasov: "Mənə göstərilən etimadı doğrultmağa çalışacağam" - Özəl
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yeni vəzifəyə təyin edilib. Bu barədə qərar bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında açıqlanıb. AMEA prezidenti Akif Əlizadə Ə. Abbasovun AMEA-nın müşaviri təyin olunduğunu bildirib. Rəyasət Heyəti təklifi dəstəkləyib.

Yeni vəzifəyə təyinatını Sfera.az-a təsdiqləyən keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ona göstərilən etimadı doğrultmağa çalışacağını bildirib.

"Xəbəri düz eşitmisiniz. Doğrudur. Nə deyə bilərəm? Mənə göstərilən etimadı doğrultmağa çalışacağam", - deyə o əlavə edib.

Gülnarə Eynullaqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR