“iPhone”u kirayə götürmək mümkün olacaq

“iPhone”u kirayə götürmək mümkün olacaq
Kateqoriya məlum deyil
T

"Apple" məhsullarını daha əlçatan etmək məqsədilə yeni kirayələmə proqramına start verəcəyini açıqlayıb.

Sfera.az xəbər verir ki, şirkət "Klarna" ödəniş platforması ilə əməkdaşlıq çərçivəsində "iPhone", "Mac", "iPad" və "Apple Watch" modellərinin müəyyən müddətə icarəyə götürülməsini mümkün edəcək.

İlk mərhələdə ABŞ-də istifadəyə veriləcək proqram çərçivəsində "iPhone" və "Apple Watch" modellərini 12 və ya 24 ay, "Mac" və "iPad" modellərini isə 24 və ya 36 ay müddətinə kirayələmək mümkün olacaq.

Proqrama "iPhone 17" seriyası, "iPhone Air", "Apple Watch Series 11", "Apple Watch Ultra 3", "MacBook Air", "MacBook Pro", "iMac", "Mac Studio", "iPad Air", "iPad Pro" və "iPad mini" daxil edilib. Daha münasib qiymət seqmentinə aid "iPhone 16", "MacBook Neo", standart "iPad" və "Apple Watch SE" modelləri isə bu xidmətə daxil edilməyəcək.

Yeni sistem "Apple"ın əvvəlki "iPhone Yeniləmə Proqramı"nı əvəz edəcək. Həmin proqram istifadəçilərə 12 aylıq ödənişdən sonra cihazlarını yenisi ilə dəyişmək imkanı verirdi. \\milli.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR