Araz çayında batmaq üzrə olan gənc xilas edildi

Araz çayında batmaq üzrə olan gənc xilas edildi
Kateqoriya məlum deyil
T

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Araz çayının İmişli rayonu, Qaralar kəndindən keçən hissəsində bir nəfərin çayda batma təhlükəsində olması barədə məlumat daxil olub.

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş – 2003-cü il təvəllüdlü İsmayıllı Ramin İmanqulu oğlu xilas edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR