Logo

Nardarandakı atışmanın bəzi təfərrüatları- FOTO

Nardarandakı atışmanın bəzi təfərrüatları- FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kənd sakinləri insident zamanı ölənlərin qəbirlərini qazır.

Nardaranda baş verən atışmanın bəzi təfərrütları məlum olub. 
ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə əməliyyat aparılan evdə Tale Bağırzadənin və tərəfdarlarının bir yerə toplaşdığının fotosu paylaşılıb. Fotunun altına yazılan şərhlərdən isə məlum olan odur ki, Tale Bağırzadə və tərəfdarları 25-dən 26-a keçən gecə həmin evdə toplaşıblar və məclis səhərə qədər davam edib.

Hadisədən sonra baş verənlərlə bağlı danışan kənd sakinləri Tale Bağırzadəni həmin evə qonaq kimi dəvət etdiklərini bildiriblər. Onların sözlərinə görə, hadisə də T. Bağırzadə həmin evdə qonaq olduğu vaxt baş verib.

Nardarandakı atışmanın bəzi təfərrüatları- FOTO

Nardarandakı atışmanın bəzi təfərrüatları- FOTO
Tale Bağırzadə və tərəfdarları, ikinci fotoda T. Bağırzadə qırmızı dairəyə alınıb 

Yayılan digər fotoda isə Nardarandakı Hacı Bəxş Məscidinin həyətində məzarlar qazılması əks olunub. Fotonun başında isə: "İnsident zamanı həlak olan nardaranlıların məzarı Hacı Bəxş Məscidinin qarşısında qazılır..." sözləri yazılıb.

Bir neçə saat əvvəl isə kənd sakinləri ANS PRESS-in müxbirinə bildirmişdilər ki, kəndin ağsaqqalları hadisə zamanı dünyasını dəyişən şəxslərin cəsədlərini gətirmək üçün prokurorluğa gediblər. Onların sözlərinə görə, meyitlər yaxın saatlarda kəndə gətiriləcək və dəfn ediləcək.

Nardarandakı atışmanın bəzi təfərrüatları- FOTO
Kənd sakinləri məzar qazır

Dünən Bakının Nardaran qəsəbəsində silahlı insident baş verib. İnsident zamanı ölən və yaralananlar olub. Hadisədən sonra 
Azərbaycan respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu məsələ ilə bağlı məlumat yayıb. Məlumata görə, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə məlumat daxil olub. Aparılan araşdırmalarla bu məlumat təsdiqlənib və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri edib. 

Müəyyən olunub ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaradıblar. 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR