Logo

Güclü külək nə vaxt səngiyəcək?

Güclü külək nə vaxt səngiyəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 21, Neftçalada 20, Naftalanda 18 m/s-yə çatır.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin bu gün günorta saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR