Logo

Bakıda küləyin sürəti 22 m/s-yə çatdı

Bakıda küləyin sürəti 22 m/s-yə çatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Hidrometeorologiya Xidməti iyulun 28-i saat 10:00-a olan faktiki hava şəraiti barədə məlumat yayıb.

Bildirilib ki, hazırda ölkənin bəzi bölgələrində küləkli hava müşahidə olunur. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.

Sfera.az xəbər verir ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Culfada 21 m/s, Neftçalada 20 m/s, Naftalanda isə 18 m/s təşkil edir.

Sinoptiklərin proqnozuna əsasən, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti günün ikinci yarısından etibarən tədricən zəifləyəcək və mülayimləşəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR