Bu səhv 4 ilinizi ala bilər — Açıqlama

Bu səhv 4 ilinizi ala bilər — Açıqlama
Kateqoriya məlum deyil
T

Qəbul imtahanlarının nəticələrinin elan edilməsindən sonra ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ən vacib mərhələlərdən biri ixtisas seçimi prosesi başlayır. Bu mərhələdə verilən qərar təkcə universitetə qəbul şansına deyil, həm də gələcək peşə fəaliyyətinə və karyera istiqamətinə birbaşa təsir göstərir. Düzgün ixtisas seçimi yalnız yüksək bal toplayan proqramlara üstünlük verməkdən ibarət deyil, eyni zamanda şəxsi maraqların, bacarıqların, əmək bazarının tələblərinin və təhsil müəssisələrinin imkanlarının düzgün qiymətləndirilməsini tələb edir.

Sfera.az bildirir ki, təhsil eksperti Elvin Quliyev Demokrat.az-a açıqlamasında bildirib ki, abituriyentlər ixtisas seçimini tələsik deyil, hərtərəfli araşdırma apararaq etməlidirlər:

“İlk növbədə, abituriyentlər topladıqları bala uyğun real seçim etməlidirlər. Yalnız yüksək bal tələb edən ixtisaslara üstünlük vermək qəbul şansını azalda bilər. Eyni zamanda seçimlər şəxsi maraq və bacarıqlara əsaslanmalıdır. Dəbdə olan və ya başqalarının tövsiyə etdiyi ixtisaslara yönəlməkdən çəkinməlidirlər. Universitetlərin tədris keyfiyyəti, reytinqi, müəllim heyəti və maddi-texniki bazası haqqında öncədən araşdırma aparmaq vacibdir. Ödənişli ixtisaslarda isə illik təhsil haqqının ailə büdcəsinə uyğunluğu nəzərə alınmalıdır. Digər mühüm məqam gələcək əmək bazarıdır. Seçim etməzdən əvvəl həmin ixtisas üzrə ölkədə və beynəlxalq səviyyədə kadr tələbatı araşdırılmalıdır”.

Yəni, ixtisas seçərkən təkcə toplanan bala yox, gələcəkdə iş tapmaq imkanlarına və şəxsi bacarıqlara üstünlük vermək lazımdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR