Dənizdə dalğalar artacaq - Çimərliklərdə ehtiyatlı olun

Kateqoriya məlum deyil
T
Milli Hidrometeorologiya Xidməti iyulun 28-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.
Sfera.az xəbər verir ki, gün ərzində arabir güclənəcək şimal-qərb küləyi günün ikinci yarısından etibarən mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulbada 26-27, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 27-28 dərəcə isti təşkil edəcək.
Xidmət bildirib ki, küləkli hava şəraiti səbəbindən dənizdə dalğalanmanın artacağı gözlənilir. Bu səbəbdən vətəndaşlara çimərliklərdə ehtiyatlı olmaları tövsiyə edilir.






