Logo

Faciə ilə nəticələnən memarlıq səhvləri - FOTOLAR

Faciə ilə nəticələnən memarlıq səhvləri - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Memarlıq – cərrahi əməliyyat qədər incə və dəqiq bir sənətdir. Belə ki, memarların  və inşaatçıların keyfiyyətli işindən nəinki rahatlıq, həm də insanların  həyatı asılıdır. İnsan həyatlarına son qoyan memarlıq səhvlərini təqdim edirik

19-cu şosst, Overpass, Laval, Kvebek, 2006-cı il

Faciə ilə nəticələnən memarlıq səhvləri - FOTOLAR

Yolun 66 funtluq hissəsinin çökməsi ilə 5 nəfər həlak olub, 6 nəfər ciddi xəsarət alıb.

Ronan Point yaşayış binası, London, 1968-ci il

Faciə ilə nəticələnən memarlıq səhvləri - FOTOLAR

Londonda 22 mərtəbəli Ronan Point  binasında mənzillərin birində baş verən  partlayış ardınca uçqun gətirdi. Qəza ona görə baş verdi ki, konstruksiyanın sxemi kart evə analoji olaraq hazırlanmışdı. Faciə 4 nəfərin həyatı bahasına başa gəldi.

I-35W körpüsü, Minneapolis, Minnesota, 2007

Faciə ilə nəticələnən memarlıq səhvləri - FOTOLAR

Faciə ilə nəticələnən memarlıq səhvləri - FOTOLAR

Köhnəlmiş konstruksiyaya görə , körpü saatın ən pik vaxtında uçmuşdu. Nəticədə bir neçə maşın Missisipi çayına  düşür. 13 nəfər həlak olub, 145 nəfər yaralanıb.

Sonsu Teqyo körpüsü, Seul, Cənubi Koreya, 1994

Faciə ilə nəticələnən memarlıq səhvləri - FOTOLAR

1994-cü ilin oktyabrın 21-də  Seulda yaxın zamanlarda təmir olunmuş körpü uçub. 20 metr hündürlükdə körpünün bir hissəsi avtobuslarla və avtomobillərlə birlikdə çaya düşür. Faciə nətcəsində əksəriyyəti uşaqlar olmaqla 32 nəfər həlak olub.

Sampoong ticarət mərkəzi, Seul, Cənubi Koreə, 1995

Faciə ilə nəticələnən memarlıq səhvləri - FOTOLAR

1995-ci ilin iyulun 9-da  tikinti normalarında verilmiş kobud səzhlərə görə  Cənubi Koreyanın ən iri binalarından biri Sampoong ticarət mərkəzi uçur. 502 nəfər dağıntılar altında qalaraq həlak olur, 937 nəfər isə ağır yaralanır.

Böyük Boston tuneli, Boston, 2006

Faciə ilə nəticələnən memarlıq səhvləri - FOTOLAR

10 iyul 2006-cı ildə  avtomobillərin hərəkət etdiyi  tuneldə  25 ton ağırlığında tavan çökür. Dağıntılar altında qalan bir qadın həlak olur.

Tuo — Fenxuan körpüsü üzərindən keçən körpü, Çin, 2007

Faciə ilə nəticələnən memarlıq səhvləri - FOTOLAR

2007-ci ilin avqust ayında Çinin  Hanan əyalətində yeni tikilmiş 268 metrlik körpü uçur. Faciə  nəticəsində 30 nəfər həlak olur, 60 nəfər yaralanır, 10-dan çox insan isə  itkin düşür.

Val-di-Stave, İtaliya, 1985

Faciə ilə nəticələnən memarlıq səhvləri - FOTOLAR

1985-ci ildə Stavedə bəndin uçması ilə 248 nəfər həlak olur, 62 bina dağılır.

Hyatt Regency oteli, Kanzas-Siti, Missuri, 1981

Faciə ilə nəticələnən memarlıq səhvləri - FOTOLAR

17 iyul 1981-ci ildə  bayram tədbiri zamanı  mehmanxanada iki asma qalereyanın çökməsi ilə 114 nəfər həlak olur, 216 nəfər ağır yaralanır.

Bansyao bəndi, Xenan, Çin Xalq Respublikası, 1975

Faciə ilə nəticələnən memarlıq səhvləri - FOTOLAR

Bansyao – 1952-ci ildə daşqınlardan qorunnmaq üçün tikilən bənddir. Bəndin tikilişi zamanı buraxılan kobud səhvlər onun üzərində çatlar əmələ gəlməsi ilə nəticələnir. Sonra isə «Nina» tropik tayfununa dözməyən bənd uçur. Faciə zamanı 26000 insan selin qurbanı olur. //faktxeber.com

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR