Keçmiş nazir müavini vəfat etdi
Kateqoriya məlum deyil
Azərbaycanın keçmiş maliyyə nazirinin birinci müavini Səfər Hüseynov vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə Oxu.az-a mərhumun oğlu Tural Hüseynov məlumat verib.
Təqaüddə olan Səfər Hüseynov ağır sürən xərçəng xəstəliyindən bu gün səhər saatlarında dünyasını dəyişib.
Xatırladaq ki, Səfər Hüseyn oğlu Hüseynov 1952-ci ildə Ağcabədi rayonunun Sarıcalı kəndində doğulub. 1995-1999-cu illərdə Azərbaycan maliyyə nazirinin birinci müavini vəzifəsində çalışıb. 2003-2010-cu illərdə Dövlət Sosial Müdafiə Fondunun Nizami və Suraxanı rayon şöbəsinin müdiri işləyib.
Sfera.az






