Qarpız sevənlərə XƏBƏRDARLIQ

Qarpız sevənlərə XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Mövsümdən əvvəl satışa çıxarılan qarpızların tərkibində nitratın normadan artıq olması ehtimalı var. Mütəxəssislər bildirirlər ki, bu, məhsulun daha tez yetişdirilməsi üçün azot tərkibli gübrələrdən istifadə olunması ilə əlaqədardır.

Sfera.az xəbər verir ki, rusiyalı mütəxəssis Dmitri Karpenkonun sözlərinə görə, yay aylarında qida mənşəli bağırsaq infeksiyalarının əsas səbəbi meyvə və tərəvəzlərin səthində toplanan çirk və zərərli mikroorqanizmlərdir. Nitrat riski isə daha çox vaxtından əvvəl yetişdirilən qarpızlara aiddir.

Onun sözlərinə görə, nitratlar əsasən qarpızın qabığına yaxın yerləşən açıq rəngli hissədə toplanır. Buna görə də həmin hissənin yeyilməməsi məsləhət görülür.

Mütəxəssis qeyd edib ki, qarpız almaq üçün ən uyğun dövr iyulun sonu və avqust ayıdır. Bu vaxt bazarlara təbii şəraitdə yetişən məhsullar çıxarılır, həm keyfiyyət, həm də qiymət baxımından daha əlverişli seçimlər olur.//milli.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR