Nardaranda da dəfn hazırlığına başlanıldı
Kateqoriya məlum deyil
Nardaranda dünən polisin keçirdiyi əməliyyat zamanı atışmada həlak olan radikal dindarlar bu gün dəfn olunur. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onların yaxınları məlumat verib. Atışmada ölən 4 nəfərin nəşi Hacı Bəxş Məscidinin qarşısında dəfn olunur. Ölən dini ekstremist qruplaşmanın üzvləri Babayev Əkbər Nazim oğlu, Səfərov Sərvan Şirvan oğlu, Bünyatov Rafael Zeynalabdin oğlu və Abbas Hüseyndir. Sfera.az






