Logo

Əsgərimiz şəhid oldu

Əsgərimiz şəhid oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Ordusu itki verib. Sfera.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən dövlət sərhədində növbəti dəfə təxribat törədib.

Fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR