Böyükşorda su niyə köpüklüdür?

Kateqoriya məlum deyil
T
Böyükşor bulvarının sahil hissəsində yaranan naməlum köpüklənmə ərazidə yaşayan sakinlərin narahatlığına səbəb olub.
Sfera.az xəbər verir ki, sahil boyunca ağ rəngli köpük əmələ gəlib. Onların sözlərinə görə, köpüklənmə ilə yanaşı, ərazidə xoşagəlməz qoxu da hiss olunur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən qeyd olunub ki, məsələ araşdırılması üçün aidiyyəti quruma yönləndirilib. Araşdırmanın nəticələri məlum olduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, Böyükşor bulvarında oxşar hallar əvvəlki illərdə də qeydə alınıb. Hazırkı köpüklənmənin səbəbi isə müvafiq araşdırmalar başa çatdıqdan sonra dəqiqləşəcək.
