Dəhşətli cinayət: Molla arvadını öldürdü, sonra intihar etdi
Kateqoriya məlum deyil
Bu gün Quba rayonunda qətl hadisəsi törədilib. Sfera.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun İqrıq kəndində qeydə alınıb.
Kəndin mollası Neman adlı şəxs həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib, daha sonra isə özünü asaraq intihar edib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalara aparılır.






