Logo

Milli Depozit Mərkəzinin rəhbərliyinə təyinat oldu

Milli Depozit Mərkəzinin rəhbərliyinə təyinat oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Depozit Mərkəzinin rəhbərliyinə təyinat olub.

Sfera.az xəbər verir ki, Nağı Nağıyev İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

O, 2020-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankında maliyyə təhlilçisi kimi təcrübə keçib. Həmin il əmək fəaliyyətinə “SOCAR Trading” şirkətində bazar riskləri üzrə təhlilçi kimi başlayıb. O, 2022–2023-cü illərdə London Metal Birjasında çalışaraq beynəlxalq maliyyə və əmtəə bazarları üzrə peşəkar təcrübəsini genişləndirib.

N.Nağıyev 2023-cü ilin avqustundan etibarən Mərkəzi Bankda işləyib. O, Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentində aparıcı mütəxəssis vəzifəsində çalışıb. 2024-cü ilin iyunundan 2026-cı ilin iyul ayınadək isə həmin departamentin Nəzarətin metodologiyası şöbəsinin rəisi vəzifəsini icra edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR